Maştağanın bəzi yerlərində işıq olmayacaq

media-hightechnic-468x90

Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

media-banner_tkm

“Azərişıq”dan Yenicag.az-a verilən məlumatagörə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 4 noyabr tarixində Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq 497 saylı yarımstansiyada yenidənqurma və təmir-təftiş işləri aparılacaq.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 14:30-dan 15:30-dək Maştağa qəsəbəsinin bəzi hissələrində, eləcə də Albalılıq adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05