EİM ilə “AzPatent” əməkdaşlıq edəcəklər

media-hightechnic-468x90

amea_logo_300Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi (EİM) ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzi (AzPatent) əqli mülkiyyətin qorunması, patent informasiyası, patent tədqiqatı üzrə kadr hazırlığı, AMEA ilə birgə seminarların keçirilməsi məsələlərində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq istiqamətləri üzrə tərəflər arasında razılıq “AzPatent”-də keçirilmiş görüşdə əldə edilib. Bu barədə məlumat verən EİM-dən qeyd edilib ki, Elmi İnnovasiyalar Mərkəzinin Baş direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazovla Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin direktoru Mir Yaqub Seyidov arasında keçirilən görüşdə birgə fəaliyyət üzrə tədbirlər planının hazırlanması qərara alınıb.

Görüş iştirakçıları elmi-texniki nailiyyətlərin və innovativ texnologiyaların Azərbaycanda və xaricdə patentləşdirilməsi, birgə əməkdaşlıq üçün zəruri mexanizmlərin qurulması mövzularında fikir mübadiləsi aparıblar. (ictnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600