Azərbaycanda həkim səhvi ucbatından daha bir ana ölümü baş verib.
Baku.ws-in redaksiyasına daxil olan məlumata görə, 18 yaşlı Həqiqət Mirzəyeva Naxçıvanda doğum evində əkiz uşaq dünyaya gətirib. Həkimlərin normadan artıq narkoz verməsi ilə gənc qız komaya düşüb.
Həqiqətin əmisi qızı Gülü Mirzəyevanın sözlərinə görə, 24 gün komadan qalan Həqiqət bu gün dünyasını dəyişib: “Baş həkim dedi ki, bütün məsuliyyəti öz üzərimə götürürəm. Ancaq əmim qızını xilas edə bilmədilər. Əslində 24 gün ölübmüş, biz onun dünyasını dəyişdiyini bu gün öyrəndik. Həqiqətin dünyaya gətirdiyi əkizlərin vəziyyəti isə yaxşı deyil. Körpələr zəif olduqları üçün onları həyatda saxlamaq üçün yaxşıca baxmaq lazımdır”.
Qeyd edək ki, Həqiqət Mirzəyeva bu gün Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində dəfn olunub.
Yeniçağ.az
www.yenicag.az