Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əkrəm Əylisli hava limanında saxlanıldı

LTSj5Yazıçı Əkrəm Əylisli bu gün səhər saatlarında Heydər Əliyev adına hava limanında saxlanılıb.

O, saxlanılarkən Venesiyada keçirilən kitab festivalına getmək istəyirmiş. Yazıçı saat 5:19-da 613 saylı reyslə Frankfurta uçmalı imiş.

Ə.Əylislinin həyat yoldaşı Qalina Əylisli bildirib ki, yazıçıya ölkədən çıxışına qadağa qoyulduğu deyilib. Amma bu qadağanın nə ilə bağlı olduğu açıqlanmayıb.

Q.Əylisinin dediyinə görə, Ə.Əylisli böyük oğlu İlyas Əylisli ilə birgə Nəqliyyatda Baş polis İdarəsinin hava limanındakı bölməsində saxlanılır. Saat 9:00-dan bölmədə olan yazıçı və oğlu hələ də oradan buraxılmayıblar.

www.yenicag.az

565