Əkrəm İmamoğlunun vəkili saxlanıldı
Türkiyədə korrupsiya istintaqı çərçivəsində həbs edilən və vəzifəsindən uzaqlaşdırılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan İstanbul Baş Prokurorluğu tərəfindən saxlanılıb.
Bu barədə Yenicag.az “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində Mehmet Pehlivan barəsində “Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin leqallaşdırılması” maddəsi üzrə saxlanılma qərarı verilib. Daha sonra Pehlivan polis tərəfindən evində nəzarət altına alınıb.