Ukraynada eks-prezidentlə prezidentin məhkəmə davası – Keçmiş dövlət başçısı korrupsiyada suçlanır

media-hightechnic-468x90

Ukraynanı sabiq prezidenti fəaliyyətdə olan dövlət başçısına qarşı məhkəmə iddiası qaldırıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın eks-prezidenti Petro Poroşenko ölkə başçısı Vladimir Zelenskini ona böhtan atmaqda ittiham edir.

Bu səbəbdən Zelenskini məhkəməyə verən Poroşenko xələfinin qanun əsasında cəzalandırılmasını istəyir.

Məlumata görə, Poroşenkonu bu addımı atmağa sövq edən səbəb Zelenskinin eks-prezidentlə “Həyat Uğrunda – Müxalifət platforması” partiyası Siyasi Şurasının rəhbəri Viktor Medvedçuku korrupsiya sxemi yaratmaqda suçlaması olub.

O da qeyd olunur ki, yerli internet resurslarında Poroşenko ilə Medvedçukun olduğu iddia edilən səs yazısında tərəflər 2014-16-cı illərdə Donbasdan qanunsuz kömür alışı məsələlərini müzakirə edirlər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600