“Koronavirus (COVİD-19 ) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı-28 May H1 ekspres marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib”.
Yenicag.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mayis Ağayev sosial şəbəkə hesabında bildirib.
O, bildirib ki, dəyişikliyə əsasən, H1 ekspres xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək:
“Həmin gün ekspres xətt avtobusu ilə 28 May metro staniyasından hava limanına saat 08:00, 10:30 və 16:30 olmaqla 3 gediş reallaşdırılacaq. Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib”.
Cəvahir
www.yenicag.az