Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ekstradisiya xərclərini dövlət yox, təqsirləndirilən şəxs ödəyəcək – Cinayət Prosessual Məcəlləsi dəyişdirilir

İstintaqdan yayınaraq Azərbaycanı tərk edən şəxslərin ölkəyə gətirilməsi üçün çəkilən xərcləri onların özləri ödəyəcəklər.

Yenicag.az xəbər verir ki, bu müddəa Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Cinayət Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklərdə yer alıb.

Məlumata görə, sözügedən Məcəllənin 197-ci (Məhkəmə məsrəfləri) maddəsinə yeni 1.9-cu bənd əlavə edilir:
“Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği”.

Bu bənd məcəllənin 198-ci (Məhkəmə məsrəflərinin tutulması) maddəsinin dispozisiyasına əlavə olunur. Həmin maddədə qeyd olunur ki, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

Deputatlar Cinayət Prosessual Məcəlləsinə dəyişiklik layihəsini birinci oxunuşda qəbul ediblər.

A.Zeynalov

Loading...

www.yenicag.az

1293
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100