!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əl arabası ilə Türkiyəyə yardım aparan Fatma nənə danışdı - FOTO

!Reklam – Yazi

Borçalı sakini olan nənənin əl arabası ilə Türkiyəyə yardm toplanan məntəqəyə yataq əşyaları aparmasından bəhs edən foto barədə məlumat verilmişdi. Sosial şəbəkədəki yayılan foto-videokadrlardan sonra Qaraçöp kənd sakini Fatma Rəşidovanın xaricdə yaşayan oğlu Binəli bəy bu barədə danışmışdı.

Bu gün Qoraçöp sakini Ziyəddin qardaşımızın köməkliyi ilə Fatma nənənin özü ilə danışa bildik. Fatma nənə dedi ki, Türkiyədəki doğma insanlara yardım etməyi özünə borc bilib:

WhatsApp Image 2023-02-12 at 11.25.08.jpeg (44 KB)

“Onlar da bizim bacı-qardaşlarımız, balalarımızdır, oğul! Onlar da bizim dindaşımız, qandaşımızdır. Vallah hər dəfə namaz üstə dualar edirəm ki, ay Allah, rəhm elə! Dualarımız o insanların üzərindədir. Daha mənim yaşım keçib. Təki dünyamız salamat olsun!”

Söhbət əsnasında 78 yaşı olduğunu söylədi. Bildirdi ki, yaşının çox olmasına baxmayaraq, kənddəki yardım işində iştirak etmək istəyib: “Uşaqlardan eşitdim ki, Türkiyə üçün yardım toplanır. Dedim, yükdən yorğan-döşəkləri götürüm, aparım. Gücüm ona çatdı. Yoxsa xeyli aparacaqdım. Oğlum Avropadadır. Yorğan-döşəyi öz əllərimlə hazırlamışdım. Qoyunun yunundan hazırladığım yorğan-döşəklər idi. Dedim bu qış günündə kiməsə köməyimiz dəysin. Allah özü kömək olsun!”

WhatsApp Image 2023-02-12 at 11.23.31.jpeg (110 KB)

Fatma Rəşidova dedi ki, o anda kənddən kimisə köməyə çağırmaq heç ağlına gəlməyib: “Elə götürüb əl arabasına qoydum, sürüb apardım. Artıq topladığımız yardımları maşınlara yükləyib göndəriblər Türkiyəyə”.

Fatma nənə dedi ki, hazırda gəlini və Muraz adlı 4 yaşlı nəvəsi ilə birgə yaşayır. 350 manatadək təqaüd aldığını deyən nənə dolanışığından şikayətlənmədiyini söylədi. Özü evdar xanım olan Fatma nənə bildirdi ki, 50 il əvvəl indi yaşadığı evə gəlin köçüb. Bir neçə il əvvəl həyat yoldaşı rəhmətə gedib və tək oğlu ilə yaşayıb. Bu vaxta qədər Türkiyədə olmadığını deyən nənə Azərbaycana və Türkiyəyə ünvanlı dualarını da çatdırdı:

WhatsApp Image 2023-02-12 at 11.23.35.jpeg (103 KB)

“Bala, Allah hamıya səbir versin! Yaralılara, xəstələrə şəfalar arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin! Yenə də Allah rəhm eləsin! Təki el-obalarımız var olsun! Harada müsəlman var, Allah üzərində dursun! Dilimizdən dua gəlir, başqa neyləyə bilərik? Allah öz rəhmini kəsməsin!”

Ziyəddin bəydən öyrəndik ki, artıq Qaraçöp camaatının topladığı zəruri mallarla yüklənmiş iki TIR Türkiyəyə, yardım bölgəsinə yola düşüb. Ümumiyyətlə, Gürcüstan azərbaycanlıların yaşadığı bütün məntəqələrdə qardaş ölkəyə yardım üçün insanlarımız ayağa qalxıb./Müsavat.com/

www.yenicag.az

563
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv