Əl-Bab şəhərinin böyük bir hissəsi nəzarətə götürülüb

media-hightechnic-468x90

“Azad Suriya Ordusu” Suriyanın Əl-Bab şəhərinin çox hissəsini nəzarətə götürüb.

Yeniçağ.Az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

“Bizim məqsədimiz Türkiyə və İŞİD-in zəbt etdiyi ərazilər arasında nəqliyyat dəhlizlərini nəzarətə götürmək olub”, – deyə baş nazir əlavə edib.

Yıldırımın sözlərinə görə, Türkiyə aviasiyası “Fərat qalxanı” İŞİD silahlılarının Əl-Babda fəal istifadə etdikləri tunellərin çox hissəsini dağıdıb.

Şəhərin bir hissəsi hələ də silahlıların nəzarətində qalmaqdadır.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa