Elçin Əlibəyli Xalq artistini VƏSF ETDİ: “Gözüm qamaşana qədər baxacağım...” - FOTO
“Gözüm qamaşana qədər baxacağım, qulaq dincəlişi ilə cəzb olacağım sənət adamı…”
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Elçin Əlibəyli tanınmış aktrisa Xalq artisti Mehriban Zəkiyə xitabən yazıb.
O, doğum gününə sayılı günlər qalan aktrisanı sosial şəbəkə hesabında ən gözəl sözlərlə belə vəsf edib:
“Mənim üçün gəlib, keçmiş yaşantısı ilə zəkasını vəhdətdə təcəssüm etdirə, gözəlliyin bütün çalarlarını, təəssürün ən incə çalarlarını çatdıra bilən, uğurlu səhnə, ekran adamı bu xanımdır. Yolları, izləri olsaydı, çox fərqli obrazlar qalereyasına baxa bilərdik. Amma bu çırpıntı böyük rollarda yox, ən xırda fraqmentlərdə belə parladı. Gözüm qamaşana qədər baxacağım, qulaq dincəlişi ilə cəzb olacağım sənət adamı. Əslində, bu sözləri bir neçə gün sonra doğum gününüzdə yazmalıydım. Amma hələ heç kim qutlamamış “sizsiz çox boz olardı gördüklərimiz” kəlməsini çatdımaq istədim”. 
Cəvahir












