Eldəniz Elgün ANS-ə qayıtdı

media-hightechnic-468x90

eldeniz-elgun-5Son günlər Azərbaycan telekanallarında maraqlı kadr dəyişiklikləri baş verir. Növbəti belə kadr təyinatı ANS-də oldu. Belə ki, uzun illər ANS-də və Spacede çalışan Eldəniz Elgün yenidən ANS-ə qayıdıb.

Məsələ ilə bağlı ətraflı məlumat əldə edə bilməsəkdə jurnalistin facebook-da yazdığı status deyilənləri təsdiq edir. Statusda yazılıb ” Dəyərli dostlar. Bu gündən ANS-də ilkin olaraq layihə rəhbəri kimi fəaliyyətə başladım. Çox qısa zaman ərzində ANS TV yaranandan bəri mövcud olan bütün xəbərləri, çəkilişləri Azərbaycanda hamı görə biləcək. Bir sözlə Mirşahin demişkən ANS-in tarixi Azərbaycanın da tarixi olacaq. Növbəti xəbərləri isə günlər keçəndən sonra yazacaqam”.

Xatırladaq ki, Eldəniz Elgün “Unikal” qəzetində işləyirdi və Elmlər Akademiyasının İHİ-nin xətti ilə “Erməni Psixologiyası” kitabını təzəlikcə çap etdirmişdi(mia).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600