“Elə bil o da ölümə tələsirdi…”-Fotolar

media-hightechnic-468x90

95460Dünənki dəhşətli yanğında həlak olan Ülkər və Davud Eyvazovlar üçün 283 nömrəli məktəbdə anım mərasimi keçirilib.

Mərasimdə məktəb direktoru, mərhumun sinif yoldaşları və müəllimləri iştirak edib.

Müəllimə Nazəndə Quliyeva bildirib ki, Davud yaxşı şagird olub:

“O, savadlı, çalışqan şagird idi. Məktəbin təşkil etdiyi tədbirlərdə də fəal iştirak edirdi. Neft üzrə mütəxəssis olmaq istəyirdi. Bacısı Ülkər də bu məktəbin şagirdi olub. Anası çox yaxşı qadın idi. Heç kim inana bilmir ki, onlar ölüb”.

Məktəb direktoru Şükufə Axundova isə qeyd edib ki, anaları Zülfiyyə xanım uşaqlara həm ata, həm də ana idi.

Direktor bildirib ki, Davud çox intizamlı şagird olub: “Heç vaxt dərs buraxmırmış, amma dünən dərsə gəlmədi, elə bil o da ölümə tələsirdi…”

Qeyd edək ki, Eyvazovlar ailəsi Lökbatan qəbiristanlığında dəfn olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600