Elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər artıb

media-hightechnic-468x90

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 736,7 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, bu da illik müqayisədə 2,2% çoxdur.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkədə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 312,9 mln. manat təşkil edib, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 5,8% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 3 137,3 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,7%-lik azalma müşahidə olunub.

Ötən il ölkədə hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 628,4 mln. manat təşkil edib, bu da illik müqayisədə 2,7% çoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600