!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ələvi üsyanlarının pərdəarxasındakı OLAY: “Kəmsavad HTŞ qələbədən sonra heç kimin haqqını tanımadı”

!Reklam – Yazi

“Əhməd Hüseyn əş-Şaraa, əgər danışıq yolunu seçsəydi, fərqli Suriya görə bilərdik”.

Bu sözləri Suriyada gedən proseslər, proseslərin vətəndaş müharibəsi həddinə çatmasının səbəblərini Yenicag.az-a şərh edən politoloq Zərdüşt Əlizadə deyib.

O, bildirib ki, proseslərin bu həddə gəlib çatmasının səbəbkarı hazırkı Suriya hakimiyyətidir:

“Əş-Şaraanın siyasi savadı aşağı səviyyədədir. Əgər o gələcəyə, siyasi vəziyyətə strateji tərəfdən baxsa idi, anlayardı ki, Bəşər Əsəd xaricin təsiri ilə devrilirsə, habelə HTŞ xaricin təsiri ilə hakimiyyətə gəlirsə, ölkə daxilindəki bütün siyasi qrupları barışdırmalı, onların maraqlarını təmin edib, ortaq məxrəc tapmalı idi”.

Z. Əlizadə xatırladıb ki, 2011-ci ildən Suriyada müharibə başlamışdı, hələ heç bir tərəf qalib gələ bilməmişdi:

“Yalnız Türkiyənin ciddi müdaxiləsindən sonra HTŞ hakimiyyətə gəldi. Bunun mənası odur ki, o yalnız Türkiyənin qoltuğuna sığınaraq, ölkə daxilindəki bütün siyasi qrupları bildirməli idi. Əhməd Hüseyn əş-Şaraa isə ortaq məxrəc tapmaq əvəzinə 50 il oturuşmuş cəmiyyətin, dövlətin üzərinə hücum etdilər. Müvəffəqiyyətdən baş gicəllənməsi yaşayan, kəmsavad HTŞ digər əhali qruplarının heç bir haqqını tanımadı. Druzlar da əllərində silah heç kimi tanımır, eləcə də kürdlər və digər qruplar”.

Onun sözlərinə görə, hazırkı hakimiyyət danışmaq yerinə, əksinə, hücum taktikası seçdi və ölkə qarışıq bir vəziyyətə düşdü:

“Əgər HTŞ lideri danışıq yolunu seçsəydi, fərqli Suriya görə bilərdik. İsrail druzları silahlandırır və dəstəkləyir. Onun qarşısını almaq üçün Türkiyə gərək İsraillə qarşıdurmaya getsin. Ancaq Türkiyə bu addımı atmaz. İsrailin arxasında ABŞ durub. Əş-Şaraa isə zəifdir. O siyasi lider kimi düzgün qərar verə bilmir”.

Səxavət Məmməd

www.yenicag.az

89
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv