Vətəndaş və İnkişaf Partiyası (VİP) fəaliyyətini dayandırıb.
Yenicag.az xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.
Əli Əliyevin sədri olduğu VİP 2006-cı ilin mayın 28-də yaradılıb. Partiya 2023-cü ilin yanvar ayında təsdiqlənən “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərinə uyğun olaraq öz fəaliyyətini dayandırmaq haqqında qərar qəbul edib.
Həmçinin oxuyun: В Москве отменили режим КТО
Qeyd edək ki, Ə. Əliyev 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunduğu üçün 1 il müddətə azadlıqdan məhrum olunmuşdu. Daha sonra təcridxanada kamera yoldaşına xəsarət yetirdiyi üçün cəza müddəti 2026-cı ilə qədər uzadılmışdı. Prezident İlham Əliyevin sərəncamına əsasən Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev mayın 8-də əfv olunmuşdu.
www.yenicag.az