Əli Əsədov Ərsin Tatar ilə əməkdaşlıq məsələlərini müzakirə etdi

media-hightechnic-468x90

 Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Respublikasının Prezidenti Ərsin Tatar ilə görüşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin prezidentinin İƏT-in Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb.

Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600