!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əsədov Mqer Qriqoryanı susdurdu - VİDEO

!Reklam – Yazi

Bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları Şurasının növbəti iclası keçirilib.

Yenicag.az xəbər verir ki, videokonfrans formatında baş tutmuş iclasda Azərbaycanın Baş naziri Əli Əsədovla Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan arasında gərgin polemika yaşanıb.

İclasda Azərbaycana qarşı əsassız iddialar səsləndirən Mqer Qriqoryan Bakıda saxlanılan diversantları “hərbi əsir” kimi təqdim edib və “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlədib.

İclasın sonunda söz alan Əli Əsədov Mqer Qriqoryanın əsassız iddialarına tutarlı cavab verib.

Azərbaycanın hökumət rəhbəri erməni diversantların üçtərəfli razılaşmadan sonra Azərbaycan ərazisinə gizli yollarla daxil olduğunu, torpaqlarımızda cinayətlər törətdiyini xatırladıb və əlavə edib ki, buna baxmayaraq Azərbaycan humanistlik göstərərək onlardan 29-nu Ermənistana geri qaytarıb, bu qrupdan olan 33 nəfər isə Azərbaycan məhkəmələri tərəfindən təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilib.

Əli Əsədov həmçinin Mqer Qriqoryana xatırladıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərək Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidinin mövcud olmadığını bəyan edib.

www.yenicag.az

473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv