!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əsədovdan qida təhlükəsizliyi ilə bağlı QƏRAR

!Reklam – Yazi

“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası” təsdiq edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması qaydası

Bu qayda aşağıdakılara şamil olunur:

qida məhsulları, habelə qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə; 1.2.2. qida məhsulları ilə təmasda olan material və məmulatlar, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı mərhələlərinə;

yem məhsulları, o cümlədən qida məhsulları əldə edilən və qida məhsulları əldə edilməyən heyvanlar üçün nəzərdə tutulan yem məhsulları, habelə yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinə.

Dövlət nəzarəti tədbirləri Qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, bu Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir.

İdxal olunan qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara dövlət nəzarəti Qanunda nəzərdə tutulmuş qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların idxalı qaydasına uyğun olaraq aparılır.

Dövlət nəzarətinin əsas məqsədləri aşağıdakılardır:

insanların və heyvanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına təhlükə yarada biləcək qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların ilkin istehsalının, istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması, azaldılması (məhdudlaşdırılması) və aradan qaldırılması;

təhlükəsiz və keyfiyyətli qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların ilkin istehsalına, istehsalına, emalına və dövriyyəsinə əlverişli şəraitin yaradılması;

Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərin yerinə yetirilməsinin təmin edilməsi; 3.1.4. istehlakçıların hüquqlarının müdafiəsinin gücləndirilməsi;

yerli qida və yem məhsullarının rəqabətqabiliyyətliliyinin və ixrac potensialının artırılması;

qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlarının utilizasiyası və məhv edilməsinin insanların və heyvanların həyat və sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına təhlükə yaratmaması.

Dövlət nəzarəti tədbirləri sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və ya gəlmədən aparılan tədbirlərdən ibarətdir.

Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə plan üzrə (növbəti) dövlət nəzarəti tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təsdiq edilmiş illik dövlət nəzarəti planlarına uyğun həyata keçirilir.

İllik dövlət nəzarəti planları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla tərtib edilməli və aşağıdakılar nəzərə alınmalıdır:

qida və yem məhsullarının təhlükəsizliyi sahəsində formalaşdırılmış dövlət siyasəti;

qida təhlükəsizliyi sahəsində mövcud strateji hədəflər;

risklər və elmi məlumatlar;

qida və yem məhsullarının ticarət, o cümlədən xarici ticarət dövriyyəsi;

dövlət nəzarəti tədbirlərinə cəlb olunan resurslar;

əvvəlki dövlət nəzarəti tədbirlərinin nəticələri.

Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə plandankənar (növbədənkənar) dövlət nəzarəti tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv