Sabiq səhiyyə naziri Əli İnsanov prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb.
Əli İnsanov azadlığa çıxdıqdan sonra siyasətə davam edəcəyini, müxalif partiya və təşkilatlarla əməkdaşlıq edə biləcəyinin siqnallarını vermişdi. İddia olunur ki, Əli İnsanov Azərbaycan Xalq Hərəkatına (AXH) qoşula bilər.
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sabiq daxili işlər naziri, AXH-nin İdarə Heyyətinin üzvü İsgəndər Həmidov Əli İnsanovu öz aralarında görməkdən məmnun olacaqlarını bildirib.
İsgəndər Həmidov qeyd edib ki, Əli İnsanov istədiyi halda onu AXH-ə qəbul edərlər:
“Əli İnsanov elə bir şəxsiyyətdir ki, əgər o istəsə, məmnuniyyətlə onu AXH-ə qəbul edərik. Gəlib ağsaqqallıq etməsindən də məmnun olarıq. Ancaq məndə Əli İnsanovun AXH-ə qoşulmaq fikri ilə bağlı məlumat yoxdur”.
İsgəndər Həmidov bildirib ki, uzun danışıqların tərəfdarı deyil, əgər Əli İnsanov qərar qəbul edəcəksə, onlar da bu qərara müsbət cavab verəcəklər.
Səxavət Məmməd
www.yenicag.az