Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Əli Mirəliyev müğənniləri BİABIR ETDİ: "Rusiyaya konsert yox, başqa şey verməyə gedirlər" - VİDEO

Müğənni Əli Mirəliyev konsert vermək adı ilə Rusiyaya üz tutan şou əhlini biabır edib.

Yenicag.az-a açıqlama verən müğənni onların ünvanına qalmaqallı fikirlər səsləndirib:

“Onlar Rusiyaya konsert verməyə yox, başqa şey verməyə gedirlər. Rəqsanə demişdi axı, gəlib burada oyunlardan çıxırlar. Onlar Rusiyada kimlərə konsert verməyə gedirlər? Onların konsertində hansı bir ziyalı iştirak edir? Meyvə satanların yanına gedirlər. Meyvə satana da o xanımın səsi yox, özü lazımdır. Aparırlar bunları Rusiyaya. O müğənniyə pul verən restoran, ya barın sahibi də deyir ki, təzə, qəşəng oxuyan “padruqan” varsa, çağır, o da gəlsin. Moskvadakılar onları daha yaxşı tanıyırlar, mən tanımıram. Həmin müğənni xanım da bir-bir zəng edir “padruqalarına” ki, otur təyyarəyə konsert adı ilə uç, gəl bura. Daha hara gəldi, necə gəldi bilmir. Burada pul xərcləyən yoxdur axı. Orada da pul xərcləyən ancaq alverçilərdir. Konsert deyəndə gözəl səhnə gəlir göz önünə. Amma bunlar kafe, restoran, bar, pivəxana, çayxana, harada gəldi oxuyurlar. Rusiyada yaşayan ziyalılar Azərbaycan musiqisi üçün darıxıblarsa, elə Əli Mirəliyevi çağırsınlar konsertə. Sağ-salamatam, ölməmişəm ki… Köhnə mahnıları oxuyum, cavanlıqlarını yadlarına salım. Bizim müğənnilərə heç Bakıda pul verən yoxdur, o ki qaldı Rusiyada. Yalandan deyirlər ki, 20-30 min pul verdilər”.

Cəvahir

www.yenicag.az

646
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100