Əlibala Məhərrəmzadənin “Çovdar çörəyi” – Deputatın topdağıtmaz biznes imperiyasında NƏLƏR VAR?

media-hightechnic-468x90

Milli Məclisin deputatı Əlibala Məhərrəmzadənin adı ətrafında formalaşan biznes şəbəkəsi getdikcə daha çox sual doğurur. Məlumatlara əsasən, millət vəkilinə və ailəsinə məxsus olduğu iddia edilən çoxsaylı şirkətlər təkcə Azərbaycanın daxilində deyil, eləcə də bir neçə xarici ölkədə də qeydiyyatdan keçib və müxtəlif fəaliyyət sahələrini əhatə edir.

Yenicag.az xəbər verir ki, biznes imperiyasına malik olan deputatın əmlakları ilə bağlı jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə sanatoriyalardan mebel istehsalına, avtomobil lizinqindən elektron ödəniş sistemlərinə, əczaçılıqdan daşınmaz əmlaka qədər geniş sektoru əhatə edən kommersiya subyektlərinin birbaşa və ya dolayı yolla deputatla əlaqəli olduğu göstərilir. Onların bəziləri maliyyə və gömrük pozuntuları ilə gündəmə gəlib.

Siyahıda “Shahdag Quba Truskavets Medical Sanatorium”, “Shahdag Quba Truskavets VIP Sanatorium”, “Şah Mebel” Şirkətlər Qrupu (istehsal fabriki – red.), “Internatıonal Leasing Company” (avtomobillərin lizinqi – red.), “Capital Leasing”, “Rahat Kredit-Lombard” (Bakı və İmişlidə 4 filialı fəaliyyət göstərir – red.), “Trendpay” elektron ödəmə sistemi, “Caspian Audit Company”, “Caspian Standart” CO LLC (Neft və qaz sənayesi üçün avadanlıqların alınması – red.), “Baku Metal Service” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Maryam Foundation”, “Dialog Freight Limited Azerbaijan”, Londondan idarə olunan, səhmlərinin 75% isə “Dialog Freight Limited Azerbaijan”a məxsus olan “Dialog Freight Limited UK” beynəlxalq dəniz yükdaşıması şirkətləri və “Agroline Group” MMC-nin adı yer almaqdadır.

Jurnalist yazır ki, İmişli və Bakı şəhərlərində fəaliyyət göstərən lombard şəbəkəsi, beynəlxalq yükdaşıma şirkətləri, audit və avadanlıq təminatı sahəsində fəaliyyət göstərən qurumlar, lizinq və kredit təşkilatları bu biznes şəbəkəsinin yalnız bir hissəsidir. Həmçinin, bəzi şirkətlər valyuta tənzimi qaydalarının pozulması, malların bəyan edilməməsi və ya ölkədən çıxarılan valyutanın geri qaytarılmaması ilə bağlı inzibati xətalara görə cərimələnib.

Əldə edilən sənədlərdən biri deputatın təsisçisi olduğu şirkətin Türkiyədən qazlı içkilər və ikinci əl məişət texnikası idxal etdiyini, lakin bu idxalların real olaraq baş tutmadığını göstərir. Eyni zamanda, “Abşeron Tekstil” MMC də gömrük qanunvericiliyinin pozulması ilə bağlı məsuliyyətə cəlb olunub.

C. Həsənli həmçinin onu da bildirib ki, Ukrayna və Tacikistan ticarət evləri, “Parla Pharma” Əczaçılıq Şirkəti, “World Real Estate Company”, “A and J Holding” MMC (Nizamnamə kapitalı 20.510.540 manat), və “Gantek Teknoloji Bilişim Çözümleri”nin Azərbaycandakı filialı, “World Trust Company” tərcümə şirkəti, “Shahdag Cinema Production” MMC, “Şahdağ İdman Klubu”Türkiyədəki “Şahdağ İç Dış Ticaret İthalat İhracat Limited” şirkəti də (500.000 lirə nizamnamə kapitalı, topdansatışı ilə məşğuldur – red.) məhz Ə. Məhərrəmzadəyə məxsusdur. İddialara görə, 2021-ci il dekabrın 6-da Əlibala Məhərrəmzadə Türkiyə üzərindən bu şirkəti vasitəsilə digər şirkəti olan “Agroline Group” MMC-yə ikinci əl paltaryuyan maşınları satıb.

Bundan əlavə, diqqətçəkən məqamlardan biri də deputatın həyat yoldaşı Nərmin Məhərrəmzadənin adına İstanbulda qeydiyyatdan keçən, 50.000 lirə nizamnamə kapitalı olan “Bisou Güzellik ve Kozmetik Sanayi Ticaret Anonim” kosmetika şirkətidir. Şirkət 2022-ci ildə Türkiyə Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində saxta kosmetik vasitələrin dövriyyəsinə görə cərimələnib.

Bundan başqa, deputatın bacısı oğlu Fuad Babazadənin Britaniyada iki fərqli ünvanda kirayəyə çıxardığı mənzillərlə bağlı məlumatlar yayılıb. Londonda “Dalling Road” ünvanındakı studiya tipli mənzil və Aberdində “Sir William Wallace Wynd”, “Old Aberdeen”, “Aberdeen AB2” ünvanında yerləşən iki yataq otaqlı mənzillər daşınmaz əmlak gəliri məqsədilə istifadədədir və onların mənşəyi ictimai maraq doğurur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yenicag.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600