“Qarabağ” “Şelburn”u 3 cavabsız qolla məğlub etdi - YENİLƏNDİ
“Qarabağ” “Şelburn”u 3 cavabsız qolla məğlub etdi.
***
84-cü dəqiqədə Nəriman Axundzadə 3-cü topu qapıdan keçirdi.
***
Aleksey Kaşçuk rəqibin qapısından 80-ci dəqiqədə 2-ci qolu keçirdi.
***
“Qarabağ” hesabı açdı. 11-ci dəqiqədə Leandro Andrade topu rəqibin qapısından keçirdi.
***
Matç başladı.
***22:06
Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.
Yenicag.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində səfərdə İrlandiya “Şelburn”nu ilə ilk oyuna çıxacaq.
Paytaxt Dublindəki matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)
Ətraflı
***
Komandaların start heyətləri açıqlanıb:
“Şelburn”: 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklnroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko
Ehtiyat oyunçular: 13. V.Spil, 50. A.Topçu, 5. E.Çapman, 8. M.Koyle, 9. Ş.Boyd, 10. C.Martin, 15. S.Bon, 16. C.O’Sullivan, 17. D.Kelly, 18. C.Norris, 24. L.Temple, 49. R.Offor
“Qarabağ”: 97. Fabian Buntiç, 2. Mateus Silva, 10. Abdullah Zubir (k), 11. Emmanuel Addai, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Dani Bolt, 20. Kadi Borges, 27. Toral Bayramov, 35. Pedro Bikalyo, 90. Nəriman Axundzadə
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev (q), 99. Mateuş Kochalski (q), 21. Aleksey Kaşçuk, 22. Musa Qurbanlı, 30. Ayxan Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bəhlul Hüseynov, 81. Kevin Medina/Qafqazinfo/