Azərbaycanın üç cüdoçusu Şimali Makedoniyada fəxri kürsüyə qalxdı

media-hightechnic-468x90

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən XVIII Avropa Gənclər Yay Olimpiya Festivalının cüdo yarışlarında yığmamızın daha 3 üzvü fəxri kürsüyə qalxıb.

Yenicag.az xəbər verir ki, Nuranə Hacızadə (-48 kiloqram) və Zeyd Ələsgərov (-60 kiloqram) gümüş medala yiyələnib. -52 kiloqram çəki dərəcəsində çıxış edən Aysun Məmmədova üçüncü yer uğrunda görüşdə fransalı Alis Lopezə ipponla qalib gələrək bürünc medala sahib çıxıb.

İlk yarış günündə cüdoçularımızdan Gülşən Hüseynova (-44 kiloqram), Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 6 medala malik Azərbaycan millisi ümumi komanda hesabında liderdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa