Çimərlik voleybolu üzrə çempionatda yarımfinalçılar bəlli oldu

media-hightechnic-468x90

Çimərlik voleybolu üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatı davam edir.

Voleybol Federasiyasından Yenicag.az-a verilən məlumata görə, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın üçüncü günündə ümumilikdə 11 oyun keçirilib. Bu qarşılaşmalardan sonra yarımfinalçılar bəlli olub.

Azərbaycan çempionatında ümumilikdə 12 qadın və 11 kişi klubu iştirak edib. Reqlamentə əsasən, hər klub yarışa ən azı iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatılıb. Çempionat Avropa Voleybol Konfederasiyasının qaydalarına uyğun keçirilir. İki dəfə məğlub olan komanda mübarizəni dayandırıb. 21 iyulda start götürən çempionata iyulun 25-də yekun vurulacaq.

Yarışın qalibi olacaq komanda klublararası Avropa çempionatında iştirak hüququ qazanacaq.

Azərbaycan çempionatında iştirak edən komandalar:

Qadınlar: “Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Gəncə-1”, “Gəncə-2”, “Milli Aviasiya Akademiyası-1”, “Milli Aviasiya Akademiyası-2”, “Milli-1”, “Milli-2”, “Milli-3”

Kişilər: “Azərreyl-1”, “Azərreyl-2”, “Azərreyl-3”, “Murov Az Terminal-1”, “Murov Az Terminal-2”, “Murov Az Terminal-3”, “Murov Az Terminal-4”, “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”, “Xilasedici-1”, “Xilasedici-2”.

Yarımfinal mərhələsi

24 iyul

Qadınlar

09:00. “Azərreyl-1” – “Milli Aviasiya Akademiyası-1”

10:00. “Azərreyl-2” – “Milli-2”

17:00. Bürünc medal uğrunda oyun

Kişilər

09:00. “Xilasedici-2” – “Murov Az Terminal-4”

10:00. “Azərreyl-1” – “Azərreyl-2”

17:00. Bürünc medal uğrunda oyun

Oyunlar Bakı Su İdmanı Sarayında keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600