“Hayduk”un baş məşqçisi "Zirə" haqqında: "Qarşımızda çox güclü və təhlükəli rəqib var idi"

media-hightechnic-468x90

Çətin qarşılaşma alındı. Oyuna yüksək motivasiya ilə başladıq, lakin “Zirə” ilk fürsətdə bizi məyus etdi.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri Xorvatiyanın “Hayduk” komandasının baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, ümumi nəticədən məmnun olduğunu bildirib: “İkinci hissədə oyunun ritmini daha çox biz müəyyənləşdirirdik. Hesabı bərabərləşdirdik və əlavə imkanlarımız da oldu. Ümumi nəticədən məmnunam. Qarşımızda çox güclü və təhlükəli rəqib var idi. Müdafiədən hücuma keçiddə sürətlidirlər, pressinq tətbiq edirlər və heyətlərində keyfiyyətli futbolçular yer alır”.

Komandalar arasında cavab görüşü isə iyulun 30-da təşkil olunacaq./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05