İlham Əliyevlə Ərdoğan məhdud tərkibdə görüşdü - YENİLƏNDİ
Azərbaycan Prezidenti İlham Əliyev Qəhrəmanmaraş Hava Limanında Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla məhdud tərkibdə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Türkiyəyə işgüzar səfərə gəlib.
Yenicag.az xəbər verir ki, Qəhrəmanmaraş Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb.