TÜGVA nümayəndə heyəti BAKIDA – FOTO/VİDEO

media-hightechnic-468x90

Azərbaycan və Türkiyənin gənclər siyasəti sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Türkiyə Gənclər Vəqfinin (TÜGVA) nümayəndə heyəti Bakıya səfər edib.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində TÜGVA-nın sədri İbrahim Beşinci media nümayəndələri ilə görüş keçirib.

media-img_9965

Görüşdə iki qardaş ölkə arasında mövcud dostluq və qardaşlıq münasibətlərindən bəhs olunub, Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının gənclər siyasətinə təsiri, qarşılıqlı layihə imkanları və gələcək perspektivlər müzakirə olunub. Bildirilib ki, gənclər sahəsində əməkdaşlıq hər iki ölkənin inkişafı üçün vacib istiqamətlərdən biridir.

Tədbirdə 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəyi xüsusi vurğulanıb, bu birliyin regionda sülh və təhlükəsizliyin təminatına töhfə verdiyi qeyd edilib.

Daha sonra TÜGVA-nın fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verilib, fondun həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş olunub. Qeyd olunub ki, 11 illik fəaliyyəti dövründə fond gənclərin könüllülük fəaliyyətinə cəlb olunması, düşərgə proqramlarının təşkili, asudə vaxtlarının səmərəli təşkili və ətraf mühitin qorunması sahəsində mühüm uğurlara imza atıb.

Görüş çərçivəsində TÜGVA ilə Azərbaycan Gənclər Fondu arasında əməkdaşlıq perspektivləri də nəzərdən keçirilib. Bu kontekstdə yaxın gələcəkdə Şamaxıda azərbaycanlı gənclər üçün ortaq düşərgə layihəsinin həyata keçirilməsi planlaşdırıldığı bildirilib.

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Nəsimi Ələsgərli

Samir Məcidov

 

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600