Kərəm Məmmədovun “Borçalı – Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində” kitabının təqdimat mərasimi KEÇİRİLDİ

media-hightechnic-468x90

Tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kərəm Məmmədovun vəfatından sonra “Borçalı – Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində” adlı kitabının təqdimat mərasimi keçirilib.

media-img_9995

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında təşkil olunub. Təqdimat mərasimində sabiq xarici işlər naziri Həsən Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun sabiq direktoru Yaqub Mahmudov, İctimai Televiziyanın keçmiş direktoru İsmayıl Ömərov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Türk Ocağı”nın başqanı Akif Aşırlı, tarix elminin tanınmış simaları, ictimai və siyasi xadimlər, eləcə də media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə Kərəm Məmmədovun həyat yolu və elmi fəaliyyətini xatırlayıb, onun elmi nailiyyətləri və zəngin yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Qonaqlar onun Azərbaycan tarixşünaslığı, xüsusilə Borçalı və ümumi Güney Qafqaz regionunun tarixi, arxeologiyası və etnoqrafiyası sahəsindəki töhfələrini yüksək qiymətləndiriblər. Onun elmi fəaliyyətinin Azərbaycan tarix elminə verdiyi böyük töhfə və mədəni irsimizin qorunub inkişaf etdirilməsində rolu tədbir iştirakçıları tərəfindən xüsusi vurğulanıb.

Kitabın təqdimat mərasimində iştirak edənlər, “Borçalı – Gürcüstan, Azərbaycan və Güney Qafqaz tarixində” əsərinin Borçalı bölgəsinin tarixi araşdırılmasında mühüm yer tutduğunu qeyd ediblər. Bu əsərin bölgənin tarixini, onun etnoqrafik xüsusiyyətlərini və müxtəlif xalqlar arasındakı əlaqələri aydınlaşdırmaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Tədbir çərçivəsində Kərəm Məmmədovun həm elmi fəaliyyətindən, həm də nümunəvi şəxsiyyətindən bəhs edən xatirələr səsləndirilib. Onun tələbələrlə, həmkarları ilə münasibətləri, elmin inkişafına olan böyük sevgisi və sadiqliyi iştirakçılar tərəfindən rəğbətlə yad edilib. Həmçinin onun vəfatı ilə Azərbaycan elmi ictimaiyyətinin böyük itkiyə üzləşdiyi qeyd olunub.

Sonda, kitabın nəşr olunmasının Borçalı tarixinin öyrənilməsində yeni mərhələ açacağı və gələcək tədqiqatlara stimul verəcəyi vurğulanıb. Tədbirin sonunda iştirakçılar kitaba maraq göstərərək onun elmi dövriyyədə geniş istifadə ediləcəyinə əminliklərini ifadə ediblər.

Nəsimi Ələsgərli

Samir Məcidov

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600