Cüdoçularımız fərdi yarışları 3 medalla başa vurdular

media-hightechnic-468x90

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Uşanqi Kokauri (+100 kq) fərdi mübarizəni mükafat qazanmadan yekunlaşdırıb.

Yenicag.az xəbər verir ki, 1/4 final mərhələsində gürcü cüdoçu Quram Tuşişviliyə uduzan Kokauri daha sonra təsəlliverici görüşdə çexiyalı Lukaş Krpalek üzərində qələbə qazanıb. Lakin bürünc medal uğrunda qarşılaşmada tacikistanlı Temur Raximova məğlub olaraq fəxri kürsüyə yüksələ bilməyib.

Bununla da Azərbaycan millisinin cüdoçuları dünya çempionatının fərdi yarışlarında 3 bürünc medalla kifayətləniblər. Əvvəlki günlərdə Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) üçüncü pillənin sahibləri olublar.

Qeyd edək ki, çempionata sabah keçiriləcək qarışıq komanda yarışı ilə yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600