Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olundu

media-hightechnic-468x90

İqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi ilə görüşüb.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, görüşdə Azərbaycanın Şimali Makedoniya ilə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb.

Qeyd olunub ki, bu ilin yanvar-aprel aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 27 faizdən çox olub. Bununla belə, birgə səylərin gücləndirilməsi qarşılıqlı ticarəti daha da artıra bilər.

Qonaqlara Azərbaycanın biznes və investisiya imkanları haqqında məlumat verilib və Şimali Makedoniyanın iş adamları fəal işbirliyinə dəvət olunub.

Tərəflər enerji, Orta Dəhliz, kiçik və orta sahibkarlıq, əczaçılıq və digər istiqamətlərdə əməkdaşlığın perspektivlərini nəzərdən keçiriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600