Əliyev və Sarkisyan nə vaxt görüşəcək?

media-hightechnic-468x90

60748“Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün dəqiq tarixi hələlik məlum deyil”.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik söyləyib. O bildirib ki, həmsədrlər hər iki paytaxta səfər edəcək və bu suallar birgə müzakirə ediləcək.

“Ermənistanın xarici işlər naziri və daha sonra prezidentlə görüş keçirəcəyik. Biz danışıq prosesində sonrakı addımlar haqqında danışacağıq”, – deyə Ceyms Uorlik vurğulayıb.

Həmsədr xatırladıb ki, hər iki prezident dialoqu intensivləşdirmək haqqında niyyətini bildirib. C.Uorlik həmsədrlərin bu müzakirələri asanlaşdırmağa kömək edəcəyini söyləyib.

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun regiona son səfəri fevral ayına təsadüf edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600