Reklam

Reklam

14596921562292421364_100turk kivTürkiyə KİV-ləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Təhlükəsizlik Şurasındakı çıxışı ilə bağlı geniş məlumatlar yayıb.

Məlumatlarda dövlətimizin başçısının aprelin 2-də qoşunların təmas xəttində Ermənistan tərəfinin növbəti təxribatına qarşı Azərbaycan Silahlı Qüvvələrinin verdiyi qarşılığın dəyərləndirməsi əks olunur.

“Sabah”, “Hüriyyət”, “Milliyət” və s. kimi nüfuzlu qəzetlər, o cümlədən Anadolu agentliyi və ölkənin digər aparıcı xəbər agentlikləri Azərbaycan Prezidentinin Təhlükəsizlik Şurasının iclasındakı çıxışından ştatlar veriblər.

Türkiyə KİV-ləri Azərbaycanın dövlət başçısına istinadla diqqətə çatdırır ki, işğalçı Ermənistan tərəfi sülh istəmir, iyirmi ildən artıq zaman kəsiyində təcavüzkar tərəf hər dəfə münaqişənin həllinə ümidlər artdıqda cəbhə xəttində təxribatçı hücumlar həyata keçirir.

Məlumatlarda, həmçinin Azərbaycan tərəfinin birtərəfli qayada cəbhə xəttində atəşkəs elan etdiyini, Ermənistan tərəfinin isə atəşkəs çağırışlarına məhəl qoymadığı bildirilir.

Qeyd edək ki, aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 281
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."