Əliyevlə Ərdoğanın növbəti görüşü – ABŞ-da

xczABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və türkiyə prezidentlərinin görüşü olub.

Rəcəb Tayyib Ərdoğan IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün “Convention Center”ə gəlib.

Ərdoğan burada prezident İlham Əliyevlə görüşüb. Prezidentlər ayaq üstündə söhbət ediblər.

Ərdoğan həmçinin Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Çinin sədri Si Tszinpin və BMT baş katibi Pan Gi Munla görüşüb.