“Fırıldaqçılığı” biznesə çevirən “PSİXOLOQ”LAR: “Maarifləndirici verilişlər olmalıdır ki...”

media-hightechnic-468x90

Son zamanlar özünü sosial şəbəkələrdə psixoloq elan edən, yüksək məbləğdə pul müqabilində müxtəlif seanslar keçirən, gündəm yaratmaq məqsədi ilə paylaşımlar edib, insanları yanlış yönləndirən “psixoloq”ların sayı artıb.

Belə fırıldaqçılar çətin duruma düşən insanların vəziyyətindən sui-istifadə edir və nəticədə onları daha da ağır psixoloji böhrana salırlar. İnsanların belə fırıldaqçı və dələduzlardan uzaq durması üçün hansı addımlar atılmalıdır?

Mövzunu Yenicag.az-a şərh edən psixoloq Ülviyyə Murtuzova bu cür halların qarşısının alınmasında maarifləndirici verilişlərin böyük önəm daşıdığını vurğulayıb:

“Bu gün sosial şəbəkələrdə eyni fikirlər, eyni şablon düşüncələr, gündəm yaradacaq hadisələr üzərindən çıxışlar, fikirlər psixoloji tərəfdən araşdırmalarla qarışdırılır. Ciddi klinik tablosu, klinikası olan xəstəliklər haqqında danışmamaq, amma gündəm yaradacaq, müzakirə mövzusu olacaq hər hansı bir hadisəyə münasibət bildirməyin əslində psixologiya ilə heç bir əlaqəsi yoxdur.

Maarifləndirici verilişlər olmalıdır. Bir psixoloq olaraq, mən əgər üzərimə düşəni edirəmsə, bu yolda mənə dəstək verən bir auditoriya olarsa, təbii ki, çox şeyə nail ola bilərik. ‘Sənin seçimin’ verilişimdə işinin peşəkarı olan həkimlərə hər zaman qapı açdım ki, buyurun canlı efirə gəlin, elmi biliklərinizi bölüşün. Elmi biliyi və praktik təcrübəsi olan həkimlərin fikirlərini bölüşdükcə çox insanlar fərqinə vardı ki, psixologiya çox böyük elmdir. Hansı ki, insanın ünsiyyətinin və fəaliyyətinin psixoloji məqamlarını öyrənir.

Burada insanın duyğuları, emosiyaları, diqqət, təfəkkür, hafizə, analiz, eləcə də dərk etmək və bunun özünətəlqin məsələləri var ki, bu elmin aparıcı göstəriciləridir. Danışılırsa, bunlar barədə danışılsın. Klinik psixologiyanın şəxsiyyət pozuntularından danışılsın. Elə ciddi pozuntular var ki, ardınca bir neçə ciddi xəstəliklər gətirir, onlar barədə danışılsın. Bunların psixoterapevtik və psixoloji seanslara bağlanacaq məqamları vurğulansın”.

Ü. Murtuzova diaqnozun peşəkar mütəxəssislər tərəfindən aparılmasının vacibliyini vurğulayıb:

“Diaqnoz yalnız psixoloq tərəfindən qoyulmur. Diaqnoz paralel olaraq bir neçə mütəxəssis tərəfindən qoyulmalıdır və bunun üzərindən psixoloji seansa başlanılmalıdır. Hər kəs bunu bilməlidir. İnsanda yanlış anlama ola bilər, amma o bilməlidir ki, onu düzgün yönləndirmək lazımdır. Əgər bunu anlamırıqsa, bir insanın, bir ailənin gələcəyini, bir uşağın inkişaf dönəmini məhv etməyək. Bu, həm də cəmiyyətin məhvidir və geridönüşlə istər-istəməz bizə yansıyacaq. Hansı ki, gələcəkdə bundan qurtula bilməyəcəyik. Bunu dərk edə biləcəyiksə, nə gözəl bizə. Yox əgər dərk edə bilməyəcəyiksə, demək ki, özümüzün ciddi psixoloji problemlərimiz var”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa