Əliyevlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşü başa çatıb.
***
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub.
Yenicag.az xəbər verir ki, sonra görüş təkbətək formatda davam edib.
***
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilmişdi.
Yenicag.az xəbər verir ki, görüş fasilədən sonra heyətlərin iştirakı ilə davam edir.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.
APA-nın Əbu-Dabiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, görüş fasilədən sonra davam edəcək.
***
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri ilə görüşü təkbətək formatda davam edir.
Yenicag.az xəbər verir ki, heyətlərin iştirakı ilə görüş başa çatıb.
***
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Yenicag.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.