Azərbaycan Mərkəzi Bankının (AMB) yeni binasının tikintisi “Tekfen Holding”ə həvalə olunub.
Yenicag.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Mərkəzi Bankın yeni binasının inşası üçün “Tekfen Holding”lə imzlanan müqavilənin dəyəri 218 milyon avro (təqribən 436 milyon manat) təşkil edir.
Xatırladaq ki, buna qədər yayılan məlumatlarda Mərkəzi Bankın yeni binasının 150-200 milyon manata başa gələcəyi iddia olunurdu.
www.yenicag.az