!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov Zəngəzur dəhlizindən DANIŞDI: “Praktikada bu təklif yeni deyil”

!Reklam – Yazi

“Ermənistanın Zəngəzur dəhlizinə özəl şirkətin nəzarət etməsi praktikada təklifi yeni deyil. Vaxtilə Gürcüstan Rusiya ilə dəmiryolu vasitəsilə əlaqə qurmaq istəyəndə işğal altındakı Abxaziya ərazilərindən bu yolun keçirilməsini təklif etmişdilər. Eləcə də İsveçrəyə məxsus özəl təhlükəsizlik şirkəti bu yola nəzarət etməliydi. Lakin sonralar bu plan baş tutmadı”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Eks-nazir Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Zəngəzur dəhlizi və sülh sazişinin razılaşdırılmış detalları ilə bağlı söylədiyi fikirlərə münasibət bildirib.

E. Məmmədyarovun fikrincə, Zəngəzur dəhlizi mövzusunda ən mühüm məsələ onun təhlükəsizliyidir:

“Yəni yükdən savayı, Naxçıvana sərnişinlər gedərkən onların təhlükəsizliyi təmin olunmalıdır. Ermənistan tərəfi deyir ki, sərnişinlərin təhlükəsizliyinin təminatı yerinə yetirə bilər, lakin 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndində sözügedən məsələ Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçilərinə həvalə olunub. Bu isə müzakirələrin əsas mövzusudur.

Düşünürəm ki, burada yüklərin göndərilməsi prosesini həyata keçirmək olar. Lakin sərnişinlərin təhlükəsizliyini İrəvan necə yerinə yetirəcək, bax, əsas sual da budur. Doğrudur, İran-Ermənistan sərhədləri Rusiyanın nəzarətindədir, amma təhlükəsizlik mövzusu hələ də açıq qalır”.

“O ki qaldı sülh sazişi ilə bağlı olan məsələyə, konkret şəkildə hansı bəndlərin razılaşdırıldığı bilinmir. Bu da danışıqların mövzusudur. Mən isə ikitərəfli danışıqların tərəfdarıyam və inanmıram ki, vasitəçilik buna hansısa köməklik edə bilər. Çünki hər vasitəçinin öz milli maraqları var. Necə ki, delimitasiya-demarkasiya komissiyaları birbaşa sərhəddə görüşürlərsə, eləcə də sülh sazişi ilə bağlı olan bəndləri də ikitərəfli şəkildə razılaşdırmaq vacibdir. Burada əsas məsələ isə ondan ibarətdir ki, rəsmi Bakı İrəvanın ərazi iddialarını özündə ehtiva edən konstitusiyasını dəyişdirməsini tələb edir. Ermənistan da bunu artıq boynuna götürüb və elan edib ki, 2027-ci ildə yeni konstitusiyanı qəbul edəcək. Ona görə də, əgər sülh sazişin detalları razılaşdırılarsa, Ermənistandakı konstitusiya dəyişikliyindən sonra yekun müqaviləni imzalaya bilərik”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 9-da deyib ki, Ermənistan Azərbaycanı Naxçıvana birləşdirən yola nəzarətin özəl şirkətə verilməsini müzakirə edir. Onun sözlərinə görə, bu müzakirə vətəndaşlarda təhlükəsizlik hissi yaratmaq üçündür.

Erməni nazir həmçinin əlavə edib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıb. O, vurğulayıb ki, bununla da Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün yeni səhifə açılır.

Rafi Müslümov

COP29

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv