Baş Prokurorluq Gəncədə silahlı insident törətdiyi üçün tutulan şəxsin işgəncəyə məruz qalması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Yenicag.az-ın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, bəzi internet-informasiya resurslarında iyulun 3-də Gəncə şəhərində baş vermiş cinayətlə bağlı şübhəli şəxs qismində tutulmuş Yunis Səfərovun guya təsir və təzyiqlərə məruz qalması barədə yayılmış informasiyalar həqiqəti əks etdirmir.
E. Sultanov həmçinin qeyd edib ki, cinayət işi üzrə Yunis Səfərov müdafiəçisinin iştirakı ilə dindirilərkən törətdiyi cinayətlərlə bağlı sərbəst ifadə verib, onun müdafiə və.s hüquqları tam təmin olunub, istintaq hərəkətlərinin gedişi və saxlanma şəraiti barədə hər hansı şikayət və ya müraciətləri daxil olmayıb.
www.yenicag.az