Hikmət Hacıyev: D-8 Media Mükəmməllik Mərkəzi təşəbbüsü artıq nəticə verir

media-hightechnic-468x90

 

media-banner_tuq

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
©️ APA | Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
13 iyul 2026 18:15 (UTC +04:00)

D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması Azərbaycan hökuməti tərəfindən tam dəstəklənir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimatı zamanı deyib.

O bildirib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi bu qurumun fəaliyyətinə və gündəliyinə böyük önəm verir.

“Azərbaycan D-8 ailəsinin tamhüquqlu üzvüdür. Bu platforma qlobal iqtisadi əməkdaşlıq baxımından böyük əhəmiyyət daşıyır və biz təşkilatın fəaliyyətinə xüsusi önəm veririk. Prezident İlham Əliyev D-8 çərçivəsində Media Mükəmməllik Mərkəzinin, eləcə də Təhlil Mərkəzinin Azərbaycanda yaradılması təşəbbüsünü müsbət qarşılayıb. Bu gün artıq həmin təşəbbüsün ilk nəticələrini görürük”, – Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi vurğulayıb ki, D-8 Media Mükəmməllik Mərkəzi üzv ölkələr arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05