Nəsli 6 min il əvvəl tükənmiş mamontların yenidən yarardılması ilə bağı elmi tədqiqat yekunlaşmaq üzrədir.
Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, bu barədə “Colossal Biosciences” şirkəti məlumat yayıb.
Şirkət rəhbərliyi qeyd edib ki, mamontların yaşayan ən yaxın qohumları olan Asiya fillərindən alınan kök hüceyrələri ilk dəfə embrionik şəkildə təzədən proqramlanıb.
Bu hüceyrələrə laboratoriyada hər hansı fil hüceyrəsinə çevrilə biləcək tərzdə dəyişikliklər edilə biləcəyinin vurğulandığı açıqlamada o da bildirilib ki, mamontlar dişsiz dizayn edilib. Bunun səbəbi isə onların yenidən ovlanmaması ilə bağlıdır.
Qeyd edək ki, mamontların geri qaytarılması ekologiyaya da müsbət təsir edəcək. Belə ki, alimlərin fikrincə, bu nəhəng heyvanlar torpağın ovulmasının qarşısını alıb. Onların yenidən dünyaya qaytarılması isə buzların əriməsinin sürətini azalda bilər.
www.yenicag.az