Dünyanın diqqəti Cənubi Qafqazda: Zəngəzur dəhlizi bu PLANIN QƏLBİDİR

media-hightechnic-468x90

“Trampın “Xəzər boyunca ticarət artacaq” sözləri, əslində, Azərbaycanın coğrafi üstünlüyünün Vaşinqton tərəfindən tanınması anlamına gəlir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov ABŞ Prezidenti Donald Trampın TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Route) layihəsinin iqtisadi baxımdan mühüm regiondan keçəcəyini və Xəzər dənizi boyunca ticarətin artımına, eləcə də Mərkəzi Asiya ölkələrinin inkişafına kömək edəcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

media-ac1ae6a5162808028937106744910739879

Politoloq bildirib ki, Trampın açıqladığı TRIPP – yəni “Beynəlxalq Sülh və Rifah üçün Tramp Route” layihəsi, faktiki olaraq Zəngəzur dəhlizinin qlobal versiyasıdır:

“Bu təşəbbüs həm geoiqtisadi, həm də geosiyasi baxımdan dünyanın diqqətini Cənubi Qafqaza yönəldir. Tramp anlayır ki, XXI əsrin real gücü hərbi deyil, logistik və ticarət arteriyalarına dəstəkdir. TRIPP layihəsinin məğzində də məhz bu dayanır – Xəzərdən Aralıq dənizinə uzanan yeni iqtisadi xəritə.

Zəngəzur dəhlizi də həmin planın qəlbidir. Əgər sözügedən xətt tam aktivləşərsə, Azərbaycan Naxçıvan üzərindən Türkiyəyə, oradan Avropaya çıxışı təmin etməklə Asiya ilə Qərb arasında strateji körpü rolunu artıracaq. Trampın “Xəzər boyunca ticarət artacaq” sözləri, əslində, Azərbaycanın coğrafi üstünlüyünün Vaşinqton tərəfindən tanınması anlamına gəlir. Həm də ABŞ-ın Cənubi Qafqazda iqtisadi balans yaratmaq istəyi kimi oxunur.

Zəngəzur dəhlizi açıldıqca, regionda kommunikasiya müharibəsi iqtisadi əməkdaşlıqla əvəzlənəcək. Bu, Ermənistan üçün təcriddən çıxmaq şansı, Azərbaycan üçün isə strateji gücün göstəricisi deməkdir. Yaxın perspektivdə Naxçıvana birbaşa keçid təkcə siyasi arzudan ibarət deyil. Artıq beynəlxalq layihələrin tərkib hissəsinə çevrilib. TRIPP həm ABŞ-nin, həm də Azərbaycanın maraqlarına paralel xidmət edir. Biri iqtisadi nüfuzunu artırır, digəri geosiyasi statusunu möhkəmləndirir.

Əslində həmin bəyanat eyni zamanda Zəngəzurun qlobal səviyyəyə qaldırılmasıdır. Yəni regional dəhlizdən beynəlxalq magistrala çevrilmə prosesi. Prezident İlham Əliyevin illərdir dediyi “Azərbaycanın nəqliyyat mərkəzi missiyası” artıq dünya gücləri tərəfindən də qəbul olunur. Trampın təşəbbüsü bunu təsdiqləyən ən konkret nümunədir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa