"Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq" - Türkiyə lideri

media-hightechnic-468x90

Azərbaycan Qarabağ başda olmaqla bölgənin yenidən inşası, təhlükəsiz qayıdış və yox edilən mədəni və dini mirasın bərpası üçün böyük işlər görür.

Yenicag.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

“Qarabağa İlham Əliyev qardaşım və Pakistan Baş nazirinin iştirakı ilə səfərlərimiz olub. “Zəfərdən sonra bütün Qarabağda yaşanan inkişaf və investisiya səfərbərliyinə şahidlik etmişəm. İnşa edilən hava limanlarını, yolları, körpüləri, tunelləri, dəmiryollarını, evləri, ucaldılan binaları, kənd təsərrüfatı və nəqliyyat layihələrini yerində gördüm. Qarabağda qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycanın nələri bacardığına şahid olduq. Əlbəttə, bizim gördüklərimiz sadəcə başlanğıcdır bunların davamı da gələcək. Möhtəşəm gözəlliyi ilə Qarabağ təkrar bölgənin parıldayan ulduzu olacaq. Bu müddətdə biz də Azərbaycana lazım olan hər cür dəstəyi verəcəyik”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa