Sinan Burhan: “Bu zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir”

media-hightechnic-468x90

“Bu zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir”

Bunu Yenicag.az-a açıqlamasında Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan deyib.
media-img_9760

O, Vətən müharibəsində zəfər çalan Azərbaycanı Zəfərin 5 illik münasibətilə bağlı təbrik edib, qürur hissi ilə həmin günləri bir daha anıb. 

Sinan Burhan bildirib ki, Qarabağ Zəfəri bir millət, iki dövlət olaraq bütün türklərin qürur mənbəyidir. 

“Qarabağ illərlə qəlbimizdə sönməyən bir yara, içimizdə yanan bir atəş olmuşdu. Ermənilər tərəfindən qətlə yetirilən azərbaycanlı qardaşlarımızın acısı Türk millətini dərindən sarsıtmışdı. İllər boyu bu acını unutmadıq, şəhidlərimizi andıq, onların xatirəsini yaşatdıq.
Uzun illər ərzində Qarabağa yenidən qovuşacağımız günü arzuladıq. Bəzən ümidsizliyə qapıldığımız, “Görəsən, o torpaqlar bir daha geri qayıtmayacaqmı?” — deyə düşündüyümüz anlar oldu. Lakin Azərbaycan xalqı və cənab Prezident İlham Əliyev heç vaxt ümidini itirmədi.
Bu dövrdə Azərbaycan sənayedən iqtisadiyyata, diplomatiyadan müdafiə qüdrətinə qədər bütün sahələrdə böyük inkişaf yolu keçdi. Bütün bu səylərin nəticəsində tarixə qızıl hərflərlə yazılacaq möhtəşəm bir zəfər qazanıldı.
Bu zəfər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəridir. Türk xalqı olaraq azərbaycanlı qardaşlarımızın bu qələbə gününü ən səmimi arzularla təbrik edirik. Türkiyə Respublikası dövləti bu gün də, hər zaman olduğu kimi, dost və qardaş Azərbaycanının yanındadır.
Millətimiz birdir, tariximiz birdir, gələcəyimiz də bir olacaqdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa