Elmi inqilab! Su ilə çalışan kompyuter prosessoru

media-hightechnic-468x90

14340231143438648227_750x500ABŞ-ın Stenford Universitetinin alimləri ferromaqnit maye və hidrodinamika sahəsindəki kəşflərdən istifadə edərək yeni növ kompyuter prosessoru hazırlayıblar.

Yenicag.az  ikt.az saytına istinadla xəbər verir ki, ənənəvi prosessorlardan fərqli olaraq yeni qurğuda məlumatların ötürülməsi üçün elektrik əvəzinə maqnit nanohissəciklərin əlavə olunduğu dövr edən maqnit sahəsindəki su damcılarından istifadə olunur. “İ” və “T” hərfləri formasında hərəkət edən metal elementlər sahənin quruluşuna təsir edərək mayeni hərəkət istiqamətinə yönəldir.

Qurğu adi kompyuterlərin apardığı hesablama əməliyyatlarını aşağı sürətlə yerinə yetirə bilir. Alimlər bildiriblər ki, onlar ənənəvi prosessorlara rəqib yaratmaq və ondan mətn redaktorları kimi müxtəlif proqramların işə salınması üçün istifadə etmək niyyətində olmayıblar.

Mütəxəssislər bu kəşfi maddi substansiyalara yüksək dəqiqliklə nəzarət edən və onlarla müxtəlif manipulyasiyalar həyata keçirən hesablama maşınlarının yeni sinfi kimi dəyərləndiriblər. Bu qurğuların biologiya, kimya və bir çox digər sahələrdə faydalı olacağı bildirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600