Müğənni Elnarə Xəlilovanın “Justice for Khojali” (“Xocalıya ədalət”) adlı mahnısına jest dilində klip çəkilib.
Yenicag.az xəbər verir ki, klipdə sağlamlıq imkanları məhdud uşaq obrazlarına 2 saylı xüsusi internat məktəbinin şagirdləri çəkilib.
Təqdimat mərasimində bir dəqiqəlik sükutdan sonra həmin şagirdlərin ifasında Azərbaycan Himni səsləndirilib. Klipə baxdıqdan sonra isə mahnı sözlərinin müəllifi, Xocalı hadisələrinin canlı şahidi Yasif Savalan, Karlara Dəstək İctimai Birliyinin sədri Kamran Abbasov, Gənclər üçün təhsil mərkəzinin direktoru Fəxrəddin Həsənzadə və Elnarə Xəlilova təəssüratlarını bölüşüblər.
Mahnı eyni zamanda ingilis və azərbaycan dillərində də ifa edilib.
Bəstənin sözləri Azərbaycan Dillər Universitetinin müəllimi, əslən Xocalıdan olan Yusif Savalan, musiqisi Elnarə Xəlilova, aranjimanı Emil Həşimova aiddir. Jest dili ilə ekranlaşdırılan “Xocalıya ədalət” klipinin rejissoru Orxan Bektaş, prodüseri Cihan Deveci, operatoru Əhməd Baraşov, asistenti Elxan Kazımlıdır.
Sənətçi mahnının ingilis dilində olmasını belə izah edib:
“Məqsədimiz bütün dünyaya Xocalı soyqırımını çatdırmaqdır. Mən sözləri oxuduqdan sonra o qədər təsirləndim ki, bir günün içində ona musiqi yazdım. Jest dili isə bütün dünyada olan məhdudiyyətli insanlara Xocalı soyqırımı haqqında məlumat veriləcək”.
Cəvahir
www.yenicag.az