Reklam: High Technic
hightechnic

“Elnur Aslanovun cocuqları”nın gizli toplantılarında nədən danışılır? – Özəl

NurcularFətullah Gülənin “Dövlətin can damarları içində səssiz dolaşın” təlimatı Azərbaycanda həyata keçirilir

“Elnur Aslanovun cocuqları” yenidən aktivləşir. İctimai sferada Prezident Aparatının sabiq şobə müdiri Elnur Aslanova yaxınlıqları ilə tanınan gənclər üçün Ramazan ayı əla fürsət olub. Bu barədə Yenicag.az saytına məlumat verən mənbənin sözlərinə görə, neçə müddətdən bəri görüşməyən gənclər “iftar süfrələri” arxasında görüşməyə başlayıblar.

Yenicag.az-ın araşdırmalarına görə, əsasən İçərişəhərdə Elnur Aslanova yaxınlığı ilə tanınan iş adamlarından birinə məxsus kafedə toplaşan “Elnur Aslanovun cocuqları” (qısacası EAC) yenidən təşkilatlanmağın yollarını araşdırırlar.

Qeyd olunur ki, hazırki mərhələdə parçalanmağın düzgün olmadığı fikrini ətraf gənclərə aşılayan EAC başbilənləri olduqları təşkilatlarda mövcudiyyətlərini qorumağı tapşırırlar. Hətta öz kimliklərini gizlədərək, lazım gələrsə, Elnur Aslanov və Ceyhun Osmanlı əleyhinə danışmağa belə icazə verilmişdir. Əsas hədəf “qara dumanlar çəkilənə qədər” dağılmamaqdır.

Fətullah Gülən öz tələbələrinə nə məsləhət görürdü: “Dayanmadan hazırlanmalıyıq. Həm də heç dayanmadan … Zamanı gəlincə, uyğun boşluq tapınca marafona keçərik. Bəziləri mənim üçün qorxaq deyir. Amma bəzən düşməndən qaçmaq, çox çox əhəmiyyətli bir manevrdir.

Diqqətli olmalıyıq. Tələsik hərəkətə keçsək, başımızı əzərlər. Başqa qüvvələri hesab edərək təmkinli getməkdə fayda var.

Çox irəliyə getməliyik. Dövlətin can damarları içində dolaşıb və əgər sonra geri qayıdılacaqsa, yara almadan geriyə gəlməni hesablamalıyıq. Gələcək adına çox əhəmiyyətli əsaslardır, məqamlardır. Gələcək üçün bunlara mütləq riayət edilməlidir.

Məhkəmədə, Dövlətdə və ya başqa bir həyati müəssisədə bizim yoldaşlarımızın mövcudluğu bu şəkildə ələ alınmalıdır. Yəni bunlar gələcək adına bizim qarantiyamızdır. Bir ölçüdə onlar bizim varlığımızın təminatıdır”.

Göründüyü kimi 1990-cı illərdə öz müridlərinə bu nəsihəti edən Gülən bu gün də eyni fikirdədir ki, azərbaycanlı müridləri gəncləri dövlətin damarları içində səssiz hərəkət etməyə çağırır.

Məlumatda qeyd olunur ki, bir müddət öncə əksər proyektləri kimi “İrəli”ni də itirən Aslanov-Osmanlı qardaşları təşkilat içindəki tərəfdarlarına daha aktiv olmaq tapşırığı verib. Səbəb isə yeni sədrin etimadını qazanaraq, təşkilatdakı mövqeləri itirməmək, əksinə əvvəlki kimi təşkilatı özlərinin idarəetməsinə qaytarmaqdır. Bununla yanaşı müxtəlif problemlərlə yeni sədrin İrəlini idarəetməsində problemlər yaşamasını təklif edə EAC qısa müddət ərzində itirlən mövqelərin də bərpasında maraqlıdır.

Məlumatlı şəxsin sözlərinə görə, heç kimi şübhələndirmək üçün 5-8 nəfərlik iftar süfrələri arxasında toplaşan EAC simpatizanlarının əsas niyyəti itirilən mövqelərin bərpasıdır.

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc edə bilərik.

Yenicag.az

www.yenicag.az

95