!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elnur Eltürk AMEA-dakı vəzifəsindən istefa verdi

!Reklam – Yazi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk işdən çıxıb.

Yenicag.az xəbər verir ki, bu barədə Anews.az-a açıqlama verən Elnur Eltürk deyib. O bildirib ki, müəyyən səbəblərdən ərizə yazaraq öz istəyi ilə işdən ayrılıb.

Elnur Eltürk 2016-ci ilin may ayından Mərkəzi Elmi Kitabxanada çalışmağa başlayıb. Onun ölkədə “Vikipediya” sisteminin qurulmasında xüsusi xidmətləri olub. Ölkədə “Vikipediya” hərəkatı onun fəaliyyəti dövründə inkişaf etməyə başlayıb. Çoxsaylı və uğurlu təlimlər keçirilib. “Vikipediya”nın reytinq cədvəlində Azərbaycan irəliləyib.

Həmçinin onun Azərbaycanın diaspor hərəkatında da ciddi fəaliyyəti var. On ildən coxdur ki, bu istiqamətdə fəaliyyət göstərir.

www.yenicag.az

625
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv