Reklam: High Technic
hightechnic

“Exit-poll”un nəticələri açıqlandı: İlham Əliyev neçə faiz səs yığıb?

ELS Müstəqil Araşd­ırmalar Mərkəzi Pr­ezident seçkilərində ke­çirdiyi “exit-poll”un­ nəticələrini açıqlayıb.

Yenicag.az xəbər verir ki, Mərkəzin rəhbəri İradə Yaqubova deyib ki, bu gün saat 08:00-dan başlayan “exit poll” saat 19:00-a qədər davam edib.

Onun sözlərinə görə, saat 19:00-a olan seçici fəallığı 68.7% təş­kil edib. “Exit-poll”­da iştirak edən seçicilərdən 82,71 faizi İlham Əliyevə səs verdiklərini bildiriblər.

Sonrakı yerlərdə namizədlərin yığdıqları səs üzrə faiz sıralaması belədir:

Qüdrət Həsənquliyev 4.23%

Zahid Oruc 3.7%

Sərdar Cəlaloğlu 3.56%

Hafiz Hacıyev 2.01%

Araz Əlizadə 1.87%

Fərəc Quliyev 1.33%.

Razi Nurullayev 0.92 %

Qeyd edək ki, təşkilat səsvermə günü “exit­poll”u Naxçıvan Muxtar Respublikası istisna olmaqla, 118 seçki dairəsinin 300 məntəqəsində keçirib.

www.yenicag.az

2266