Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elşad Məmmədov: “Bitkoinin Azərbaycanda rəsmi pul vahidinə çevrilməsi...” – MÜSAHİBƏ

“Dünyada bitkoinə olan tələbat müəyyən dövrdə artsa da, daha sonra kəskin şəkildə azalacaq”.

Ötən ay dünyada ən populyar kriptovalyuta sayılan bitkoinin qiyməti ilk dəfə 50 min dolları keçib. Mütəxəssislərin hesablamalarına görə, ümumilikdə fevral ayında bitkoin 53% bahalaşıb, rəqəmsal valyutanın kapitallaşması isə 1 trilyon dollara yaxınlaşıb. Amma maraqlıdır ki, dünyada bitkoinə tələbatın artmasına və bir sıra ölkələrdə müəyyən əməliyyatların artıq sözügedən kriptovalyuta ilə aparılmasına baxmayaraq, Azərbaycanda bitkoinlə bağlı hər hansı fəallıq müşahidə edilmir.

İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Yenicag.az-a müsahibəsində bitkoinin dünya və Azərbaycan üzrə perspektivini dəyərləndirib.

– Elşad bəy, son həftələrdə bitkoinin kəskin bahalaşmasına hansı amillər təsir edir?

– Bitkoinin qiymətinin kəskin artması bütövlükdə son aylar ərzində ABŞ dolları kütləsinin artımı ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, bu artım davam edir. Kəskin artım nəticəsində bu pul kütləsi real istehsala deyil, məhz maliyyə sektoruna istiqamətlənir. Bu baxımdan, faktiki olaraq, bütün aparıcı ehtiyat aktivlərinin qiymətinin artmasına şərait yaradır. Yəni qızıl və neftin qiymətinin bahalaşması ilə yanaşı, bitkoinin də bahalaşma müşahidə olunur. Çünki investorlar artan dollar kütləsini harasa istiqamətləndirməlidirlər və belə olan halda bitkoin investisiyalar üçün sepukilyativ alət kimi çıxış edir. İnvestorların bitkoinə marağının artması öz növbəsində tələbin artmasına yol açır. Fikrimcə, bu gedişat kifayət qədər təhlükəli və risklidir. Belə ki, investisiya yatıran iş adamları və sahibkarlar bitkoinin dayanıqlı pul yatırımı kimi dəyərləndirilmədiyini başa düşməlidirlər. Əgər bazarda çalxalanma baş verərsə, bu halda bitkoinin qiymətində kəskin azalmalar ola bilər. Nəticədə bu gün bitkoinə investisiya qoyan iş adamları çox böyük itkilərlə üzləşərlər. Hesdab edirəm ki, gözlənilən çalxalanma bu ilin sonuna kimi baş verəcək.

– Azərbaycanda bitkoinə maraq və tələbat hansı səviyyədədir?

– Ölkəmiz dünya iqtisadi sisteminə inteqrasiya etmiş bir dövlətdir. Sözsüz ki, Azərbaycanda da investorlar var və onlar dünya üzrə artan pul kütləsini harasa yatırmalıdırlar. Bu gün ölkələr arasında iqtisadi münasibətlər nöqteyi-nəzərdən o qədər də çox böyük sərhədlər və məhdudiyyətlər yoxdur. Yəni Azərbaycandan da xaricdəki ehtiyat aktivlərinin əldə edilməsi mümkündür. Bilirik ki, ölkəmizin iş adamlarının kapitalının böyük hissəsi xaricdədir. Həmin kapitalın idarə olunması baxımından qiymətli kağızlara investisiyalar edilir. Bunlardan biri də bitkoindir. Bitkoin dünyada bir trend olaraq bahalaşdığı üçün məhz Azərbaycan investorlarının da bu kriptovalyutaya marağı artır. Lakin bir məqama diqqət etmək lazımdır ki, bu gedişat qiymətlərin artımından daha çox dolların dəyərdən düşməsi ilə bağlı olan məsələdir. Faktiki olaraq, inflyasiya istehlak bazarında deyil, qiymətli kağızlar bazarı və birjalardadır. Artan pul kütləsi və pul köpükləri birjalarda yığılaraq, bitkoin və digər ehtiyat aktivlərinə istiqamətlənir.

– Yaxın gələcəkdə Azərbaycanda biznes subyektləri üçün bitkoindən istifadə etmək zərurəti yarana bilər?

– Hesab edirəm ki, bitkoinə olan tələbat müəyyən dövrdə artsa da, daha sonra kəskin şəkildə aşağı düşəcək. Bu proses dalğalanmalarla müşahidə olunacaq. Yaxın gələcəkdə Azərbaycanda rəsmi pul vahidi kimi bitkoinin tətbiqi gözlənilmir. Bununla yanaşı, bitkoindən istifadə etmək zərurətinin yaranacağı da real görünmür. Çünki mövcud şəraitdə bitkoin Azərbaycan ərazisində pul vahidi kimi qəbul oluna bilməz. Ölkə üzrə vahid milli valyuta manatdır ki, bu, Mərkəzi Bank tərəfindən emmisiya edilir.

– Bəs gələcəkdə hansı hallarda ölkəmizdə bitkoindən istifadə labüdləşə bilər?

– Əgər gələcəkdə hansısa inteqrasiya layihələri olarsa və ya beynəlxalq ehtiyat ödənişi sistemləri tətbiq olunarsa, bu halda dövlətlərarası valyuta tətbiq oluna bilər. Necə ki, avrozonaya daxil olan Avropa ölkələri vahid valyutaya keçdilər. Lakin bütün hallarda bu valyutanın bitkoin olacağına şübhə ilə yanaşıram. Çünki bitkoin mənşəyi konkret bilinməyən bir ehtiyat aktividir. Onun hansısa dövlət tərəfindən milli valyuta kimi qəbul olunacağı real görünmür. Bütün hallarda biznes subyektləri bitkoinə istiqamətlənə və investisiyalar yatıra bilər. Bu, yalnız pul yatırımı mənbəyi kimi ola bilər. Bitkoin qiymət dəyişiklikləri mümkün olan və qiymətinin formalaşmasının fundamental əsasları olmayan ehtiyat aktividir. Bu baxımdan, bitkoin alan sahibkarlar, iqtisadi təsərrüfat subyektləri ehtiyatlı olmalıdırlar.

Gülşən Şərif

Loading...

www.yenicag.az

250
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100